
Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.Ulusum.az
Diqqət Çəkənlər
Alyaskada TARİXİ AN – Tramp və Putin Ukrayna üçün üz-üzə!
İlk köç karvanı Kolatağ kəndinə çatıb
Buludların gizli planı: Sabah göylər nəyi pıçıldayacaq?