RU

Müharibəni bitirən sülh razılaşması atəşkəsdən daha yaxşıdır - Tramp

BAKI, TurkicWorld, Nərmin Ağayeva

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymağın yolunun sadəcə atəşkəs deyil, sürətli sülh razılaşması olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Alyaskada Rusiya prezidenti Vladimir Putinlə sammitdən sonra Tramp Ukrayna prezidenti Vladimir Zelenski və NATO liderləri ilə telefon danışığı aparıb. O, “Məncə, sürətli sülh razılaşması atəşkəsdən yaxşıdır. Putin də sadəcə atəşkəs deyil, hərtərəfli razılaşma istəyir” deyə açıqlama verib.

Məlumata görə, görüşdə NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Almaniya, Finlandiya, Polşa, İtaliya və Böyük Britaniya liderləri də iştirak ediblər.

Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ lideri ilə telefon danışığından sonra bazar ertəsi Vaşinqtona səfər edəcəyini, Tramp ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müzakirələr aparacağını açıqlayıb.

Qeyd edək ki, Tramp Alyaska sammitindən sonra Ağ Evə qayıdarkən verdiyi açıqlamalarda “sülh müqaviləsinin pərdə arxasında deyil, açıq şəkildə bağlanmasının vacib olduğunu” vurğulayıb.

Избранный
78
50
turkic.world

10Источники