RU

Nazir: Türkiyədə ÜDM artımı dünya səviyyəsindən ikiqat çoxdur

Türkiyə iqtisadiyyatının həcmi 238 milyard dollardan 1 trilyon 322 milyard dollara çatıb. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə hökumətinin düşünülmüş siyasəti sayəsində mümkün olub.

Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.

Nazir qeyd edib ki, qlobal miqyasda ciddi problemlərə baxmayaraq, Türkiyə iqtisadiyyatının artım tempi davam edir.

“Türkiyədə ümumi daxili məhsulun artım tempi qlobal səviyyədən təxminən iki dəfə sürətlidir. Bu gün 1,4 trilyon dollarlıq iqtisadiyyatdan söhbət gedir, adambaşına düşən ÜDM isə artıq 15 971 dollardır. İlin sonuna qədər bu rəqəmi 17 min dollara çatdıracağımıza ümid edirik”, -deyə türkiyəli nazir bildirib.

Ö.Bolat 2025-ci il üçün ölkənin ixracı ilə bağlı proqnozlarını bölüşüb: “Cari ilin sonuna qədər Türkiyə ixracatını 390 milyard dollara çatdırmağı planlaşdırırıq”, – deyən nazir ölkədəki milyonlarla sahibkara təşəkkürünü bildirib.

Ticarət naziri orta və kiçik sahibkarları “Türkiyə iqtisadiyyatının lokomotivi” adlandırıb. O qeyd edib ki, ölkədə 2 milyon 270 min qeydiyyatdan keçmiş tacir və sənətkar fəaliyyət göstərir.

MənbəAZƏRTAC
Избранный
81
50
banker.az

10Источники