RU

Aeroport yolundakı ağır qəzanın ANBAAN VİDEOSU

Avqustun 16-da saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çğırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Dördpendirli pizza

1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb.


Telegram kanalımız
Избранный
8
18
yenisabah.az

10Источники