RU

"Ferentsvaroş" "Qarabağ"la oyundan əvvəl müdafiəçisini satdı

Macarıstan "Ferentsvaroş"unun futbolçusu Raul Qustavo ABŞ-ın "Nyu York Siti" klubuna keçib.

News24.az  Teleqraf-a istinadən xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off matçlarından öncə gerçəkləşib.

Braziliyalı oyunçu qarşıdakı görüşlərin iştirak ərizəsinə daxil edilməyib.

Raul Qustavo "Ferentsvaroş"a 2024-cü ilin yayında gəlib. O, ötən ilin oktyabrında ciddi zədə alaraq, Macarıstan çempionatının 9 turunu buraxmalı olub. "Sambaçı" paytaxt komandasında ümumilikdə 31 oyun keçirib və ölkə çempionu titulunu qazanıb.

Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"a qarşı ilk oyununu avqustun 19-da evdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.


Избранный
55
50
news24.az

10Источники