RU

Salah daha bir tarixi nailiyyətə imza atdı

ain.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah daha bir tarixi nailiyyətə imza atıb.

İdmanxeber.az xəbər verir ki, misirli hücumçu Premyer Liqada bütün dövrlərin ən çox qol vuran futbolçuları siyahısında 4-cü yerə yüksəlib.

33 yaşlı vinger mövsümün ilk turunda “Bornmut”la keçirilən oyunda (4:2) komandasının qollarından birinə imza ataraq, İngiltərə çempionatındakı ümumi qol sayını 187-yə çatdırıb. Bununla da Salah əfsanəvi hücumçu Endi Kolun göstəricisinə bərabərləşib.

Qeyd edək ki, Premyer Liqanın tarixi bombardiri 260 qolla Alan Şirerdir. Siyahıda Harri Keyn (213) ikinci, Ueyn Runi (208) isə üçüncü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
idmanxeber.az

2Источники