RU

Kira Rudik: Putinin Alyaskada qəbulu Ukraynanı alçaltdı

BAKI, 16 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Alyaskada rusiyalı həmkarı Vladimir Putini qarşılama tərzi Ukrayna üçün alçaldıcı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Kira Rudik bildirib.

Onun sözlərinə görə, Putinin qırmızı xalça ilə qarşılanması Ukrayna üçün təhqirdir.

Rudik, həmçinin Trampın Putini “çox səmimi” salamladığına və “yaxşı görüş” keçirdiklərinə diqqət çəkib.

Onun fikrincə, bu, Rusiya liderinin qələbəsi idi.

Избранный
41
1
teleqraf.com

2Источники