RU

Ukrayna ordusu Donbasda daha iki kəndi işğalçılardan azad etdi...

Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusunun 93-cü “Xolodnıy Yar” briqadasının əsgərləri Donetsk vilayətində, Dobropolye şəhəri yaxınlığında Rusiya qoşunlarının bir müddət əvvəl soxulduğu Qruzskoye və Vesyoloye kəndlərinə nəzarəti ələ keçirib.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə 93-cü “Xolodnıy Yar” briqadasının mətbuat xidməti telegram-kanalda məlumat yayıb.

Kəndlərin təmizlənməsində “Xolodnıy Yar” əsgərlərinin kəşfiyyat bölüyü, müxtəlif pilotsuz sistemlər, o cümlədən taktiki və hücum pilotsuz təyyarələri, həmçinin artilleriya qurğuları iştirak edib. Bundan əlavə, Ukrayna ərazilərinin azad edilməsi zamanı ilk dəfə olaraq yerüstü zərbə robot sistemləri fəal şəkildə istifadə edilib. Pulemyotlarla təchiz edilmiş robotlar düşmənin toplandıqları məntəqələrə atəş açaraq, demək olar ki, onların lap yaxınına irəliləyib.

Hücum hərəkətləri nəticəsində Rusiya hərbçilərinin əhəmiyyətli bir hissəsi məhv edilib və ya əsir götürülüb, Ukrayna qoşunları əraziyə nəzarəti tamamilə bərpa ediblər.

Xatırladılır ki, bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rubejnoye, Zolotoy Kolodez, Veseloye, Volnoye, Şaxmatnoye, Nikanorovka və Suxetsk yaxınlığında düşməni geri oturtması haqda xəbər verilib.

Избранный
32
21
hafta.az

10Источники