RU

Çin yeni “K vizası”nı təqdim edib

Çin hökuməti elm, texnologiya və təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə yeni “K vizası” proqramına start verib. Yeni mexanizm xarici tələbə, alim və tədqiqatçıların ölkəyə cəlb olunmasına xidmət edir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, “K vizası” vasitəsilə Çinə gələnlərə daha uzunmüddətli qalma və elmi-təhsil layihələrində iştirak imkanları yaradılacaq. Bu addım ölkənin beynəlxalq elmi mübadilə mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, yeni viza proqramı həm tələbələr, həm də araşdırmaçı mütəxəssislər üçün Çini daha cəlbedici edəcək. Bununla yanaşı, Çin universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirməsi də gözlənilir.

Избранный
46
azedu.az

1Источники