RU

Arsenal Fənərbaxça nın təklifini qəbul etdi

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" ukraynalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Sporx" məlumat yayıb.

"Topçular" İstanbul nəhənginin 28 yaşlı sol cinah müdafiəçisi üçün göndərdiyi 10 milyon avroluq təklifi qəbul edib.

Qeyd edək ki, "Arsenal" Aleksandr Zinçenkonu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Ukrayna millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
40
sportal.az

10Источники