RU

Allahverdi Yolçuyev: "Əliqismət Lalayev dedi ki, Xalq artisti olsaydın, səni işə götürərdim"

"Akademik Musiqili Teatrın keçmiş rəhbəri Əliqismət Lalayev mənə dedi ki, Xalq artisti olsaydınız, işə götürərdim"...

Poliqon xəbər verir ki, bu barədə tanınmış aktyor Allahverdi Yolçuyev "Teleqraf"a müsahibəsində qeyd edib.

Aktyor bildirib ki, institut illərində bir çox tamaşalarda çıxış edib və Dövlət Televiziyasında da çalışmışıb:

"Xoşbəxtəm ki, bütün baş rolları ifa etmişəm. İki dəfə Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak etmişəm, birində diplom, birində isə fəxri fərman almışam. Onu da əlavə edim ki, cənab nazir nə qərar versə, onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Aktyor üçün sosial həyat vacib şərtdir, əgər sosial həyat olmasa, insan tez qocalar.

Müəllim olsun, öz peşəsi üçün çalışır, mən də elə edirəm. Əvvəllər seriallarda çəkilmişəm və dublyaj işləri ilə məşğul olmuşam. Son illər isə fəaliyyətim dayanıb".

Poliqon.info

Избранный
42
2
poliqon.info

3Источники