RU

Azərbaycanlılar küçədə qızı qaçırıb pul tələb etdilər

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan əsilli şəxslər günün günorta çağı şəhərin mərkəzində gənc qızı avtomobillə qaçırıblar.

Demokrat.az lent.az-a istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, quldurlar ondan 200 min rubl tələb edib və avtomobilini onların adına keçirməsini istəyiblər.

Quldurlar pul gətirsin deyə qızı bağlayaraq kafeyə aparmaq istəyiblər. Yolda isə ona zor tətbiq etməklə hədələyib və güllələyəcəklərini deyiblər. Qaçırılan qız bacısına olduğu yerin geolokasiyanı göstərən mesaj göndərib və bacısı polis əməkdaşları ilə birlikdə dərhal köməyə gəlib.

Cinayətkarlar həmin gün saxlanılsa da, qızın sözlərinə görə, onlar azadlığa buraxılıb.

Избранный
32
4
demokrat.az

6Источники