Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.
Sitat.info xəbər verir ki, bu barədə Telegraf-a mərhumun yaxınları məlumat veriblər.
E. Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur. Onun nəşi hələ də Moskva şəhərindədir.
Qeyd edək ki, mərhum 4 uşaq atası olub.