ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində keçirilən sammitdə işləyən fotoqraf təsadüfən Rusiya Prezidenti Vladimir Putinin əlindəki qeydlərin şəklini çəkib.
“İki sahil” xəbər verir ki, müvafiq kadr Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilib.
Foto ağ-qara rəngdə çəkilib və Rusiya lideri Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında dialoqu əks etdirir.
Rusiya liderinin əlində tutduğu kağızlarda məhz nəyin yazıldığını fotoda ayırd etmək çətindir. Lakin qeydlərin rus dilində əl ilə yazıldığını görmək mümkündür.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.