RU

"Fənərbağça" Nene üçün hərəkətə keçdi

"Fənərbağça" "Zalsburq"un gənc ulduzu Dorqeleş Nene üçün hərəkətə keçib

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi hücum xəttini gücləndirmək məqsədilə 23 yaşlı futbolçu üçün Avstriya təmsilçisinə 16 milyon avro əsas, əlavə olaraq 4 milyon avro bonus təklif edib.

Tanınmış jurnalist Mateo Morettonun məlumatına görə tərəflər danışıqlarda xeyli irəliləyiş əldə edib və artıq razılığın yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Bu transfer baş tutarsa, Dorqeleş Nene "Fənərbağça"nın son illərdə Avropadan heyətinə qatdığı ən bahalı oyunçulardan biri olacaq.

Kamil Xudiyev

Избранный
21
fanat.az

1Источники