RU

"Bu, Bakının diplomatik qələbəsidir" - Türk professor Zəngəzurdan danışdı

"ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən Azərbaycan–Ermənistan Zirvəsi Cənubi Qafqazın gələcəyini dəyişdirəcək tarixi addım kimi dəyərləndirilir. Görüş zamanı tərəflər sülh anlaşmasını paraflayıb". 

"Unikal" xəbər verir ki, bunu “Sabah” qəzetinə Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib.

Onun sözlərinə görə, bu sənəd, 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı nailiyyətlərin masa arxasında da rəsmiləşdirilməsi kimi qiymətləndirilir. Bu, həmçinin Bakının diplomatik qələbəsi hesab olunur:

"Anlaşmanın ən diqqət çəkən tərəfi isə ABŞ-nin vasitəçiliyi ilə Zəngəzur dəhlizinə yeni status verilməsi oldu. “Trump tərəfindən Beynəlxalq Sülh və Rifah Rotası” kimi adlandırılan bu yolun 99 illik istismar hüququ ABŞ-yə təqdim edilib. Bu addım Vaşinqtonun Şərq-Qərb ticarət yollarındakı mövqeyini gücləndirir". 

Türkiyəli professor Azərbaycan və Türkiyə üçün dəhlizin üstünlüklərini sadalayıb. 

O,  bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə:

• Azərbaycan birbaşa Naxçıvan və oradan da Türkiyəyə quru bağlantı əldə edəcək,

• Türkiyənin Orta Asiya türkdilli dövlətləri ilə quru əlaqəsi möhkəmlənəcək,

• Enerji, mədən və kənd təsərrüfatı məhsullarının tranziti Azərbaycan üçün böyük gəlir gətirəcək,

• Bakı regionun əsas logistika və enerji mərkəzinə çevriləcək.

Vaşinqtonda imzalanan bu sənəd, Azərbaycanı regionun enerji və logistika mərkəzinə çevirməklə yanaşı, Türkiyənin strateji gücünü də artıracaq. Ermənistan üçün isə uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya imkanı yaradır.

Gülayə Mecid

Избранный
150
50
unikal.az

10Источники