RU

Balakəndə CAMIŞ sahibini öldürdü

Balakəndə camış sahibini öldürüb.

 

Hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

 

H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Oxu.az

Tarix: 16 Avqust 2025, 20:05   
Избранный
114
28
pravda.az

10Источники