Toplantıda Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əlaqəliliyin gücləndirilməsində Orta Dəhlizin rolu, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və transregional əməkdaşlıq üçün yeni imkanlar, Süni İntellektin gələcək regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi, müasir Özbəkistanda həyata keçirilən islahatların nəticələri və gələcək inkişafın strateji istiqamətləri, həmçinin dəyişən dünyada Mərkəzi Asiyanın geosiyasi rolu kimi mövzular müzakirə olunacaq.
Ajans.az APA.az-a istinadən xəbər verir ki, toplantı 18–20 avqust 2025-ci il tarixlərində Daşkənddə keçiriləcək.