RU

Ərdoğandan Tramp-Putin görüşünə REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 16-da Alyaskada baş tutan görüşü müsbət qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Türkiyə lideri bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq axtarışlarına yeni təkan verib. Türkiyə olaraq Alyaska Sammitini alqışlayır və ümid edirik. Qeyd edək ki, Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfə verməyə hazırdır”, – deyə Türkiyə lideri bildirib.

 

Избранный
103
50
konkret.az

10Источники