RU

Tramp Ukraynanın hətta işğal olunmamış ərazilərinin Rusiyaya verilməsini istəyir

Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ lideri Donald Tramp Avropa liderlərinə, o cümlədən Volodimir Zelenskiyə bildirib ki, sülhə nail olmaq üçün işğal olunmamış Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi ideyasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” adının açıqlanmasını istəməyən iki Avropa rəsmisinə istinadən yazır.

"Prezident Tramp Avropa liderlərinə bəyan edib ki, o, atəşkəs naminə Ukraynanın işğal olunmamış ərazilərinin bir hissəsini Rusiyaya verilməsi planını dəstəkləyir", - nəşr qeyd edib.

Bildirilir ki, həm Zelenski, həm də söhbətdə iştirak edən digər Avropa liderləri, mühüm müdafiə xətlərinin və zəngin faydalı qazıntı yataqlarının yerləşdiyi işğal olunmamış ərazilərin güzəşt edilməsinə qarşı çıxıblar.

“The New York Times” yazır ki, Tramp bu planı bazar ertəsi Ağ Evdə Ukrayna Prezidenti ilə müzakirə edəcək. Görüşə Avropa liderlərinin də dəvət olunduğu bildirilir.

Mənbələrin sözlərinə görə, avropalılarla söhbət zamanı Tramp Rusiyaya qarşı hər hansı yeni sanksiyaların tətbiq edilməsindən bəhs etməyib.
Избранный
38
50
sherg.az

10Источники