RU

Misli Premyer Liqası: “Turan Tovuz” qələbə qazanıb, “Neftçi” heç-heçə edib

Bakı, 16 avqust, AZƏRTAC

Misli Premyer Liqasında I turun daha iki qarşılaşması baş tutub.

AZƏRTAC xəbər verir ki, günün ilk oyunu Şamaxıda oynanılıb. Burada ev oyunlarını keçirən “Turan Tovuz” “İmişli” ilə üz-üzə gəlib.

Görüş nominal meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Digər görüşdə “Neftçi” öz meydanında “Şamaxı”nı qəbul edib.

“Neftçi Arena”da keçirilən qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Qeyd edək ki, ötən gün start götürən turun digər matçları avqustun 17-si və 19-da keçiriləcək.

Избранный
136
42
azertag.az

10Источники