BAKI, 16 avqust. TELEQRAF
“Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev 63 yaşında vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib
QHT sədri ürək-damar xəstəliklərindən əziyyət çəkirmiş. O, Bakıda bir neçə xəstəxanada müalicə olunub.
Qeyd edək ki, Tağıyev Hasil Feyruz oğlu 1962-ci ildə İmişli rayonunda anadan olub.
O, əvvəllər Mədəniyyət Nazirliyində işləyib.