RU

İnsan alveri, dələduzluq, xuliqanlıq

Bu gün dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova, eləcə də onun yaxın qohumlarının adları dəfələrlə müxtəlif cinayət işlərində hallanıb.

Publika.az İsmayılovların kriminal keçmişini təqdim edir.

2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Rəqsanənin bacısı Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunmuşdu.
R.İsmayılovanın anası Adilə Həsənovaya qeyd olunan cinayət işi ilə bağlı 1 il sınaq müddəti olmaqla şərti cəza verilmişdi.

2014-cü il mayın 30-da isə ifaçının bacısı Ellada İsmayılovanın oğulları - Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb isə Bakının Nərimanov rayonunun Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.

2017-ci ildə insan alverində ittiham olunaraq dəmir barmaqlıqlar arasına salınan prodüser Təranə Səmədova həbs edilməsində Rəqsanə İsmayılovanı günahlandırmışdı. Müğənni prodüserin ittihamlarını rədd etsə də, onun Təranə Səmədovanın böyük qızını himayəsinə götürməsi müəyyən şübhələr doğurmuşdu.

2023-cü ilin aprelində mətbuat Rəqsanə İsmayılovanın vətəndaşlara qarşı dələduzluq etdiyini yazırdı. Həmin dövrdə onun saxlanılması barədə informasiyalar yayılsa da, sonradan təsdiqini tapmadı.

Избранный
59
26
publika.az

10Источники