RU

Türkiyə Superliqası: "Fənərbağça" yeni mövsümə xal itkisi ilə başlayıb

Bakı, 17 avqust, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında II turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, ilk turdakı matçı təxirə salınan "Fənərbağça" yeni mövsümə avqustun 16-da start verib. İstanbul klubu səfərdə "Göztəpə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, turun açılış oyununda "Qalatasaray" evdə "Fatih Karagümrük" komandasına 3 cavabsız qolla qalib gəlib. Turun digər matçlarında "Alanyaspor" "Rizəspor"la qolsuz heç-heçə edib, "Samsunspor" isə səfərdə "Kocaelispor"u minimal hesabla üstələyib. Turnir cədvəlinə 6 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Samsunspor" 2-ci pillədə qərarlaşıb.

Tura bu gün və sabah keçiriləcək görüşlərlə yekun vurulacaq.

Избранный
62
9
azertag.az

10Источники