"Bavariya" Almaniya Superkubokunun sahibi olub.
Fanat.Az xəbər verir ki, Vensan Kompaninin komandası “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edib.
Münhen klubu bu titulu sonuncu dəfə 2022-ci ildə əldə etmişdi. 2023-cü ildə “Leyptsiq”ə 0:3 hesabı ilə uduzmuş, 2024-cü ildə isə ümumiyyətlə Superkubok oyununda iştirak etməmişdi.
Ümumilikdə, “Bavariya”nın Superkubokda 11 qələbəsi var. Bu, ölkə üzrə rekord göstəricidir.
Həmçinin, komanda 7 dəfə Superkubokda məğlub olub.