RU

Ukrayna XİN: Rusiya müharibəni bitirmək istəyinin heç bir əlamətini nümayiş etdirə bilməyib

Ukrayna xarici işlər naziri Andrey Sıbiha ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, ukraynalı nazir bu barədə “X”dəki hesabında yazıb.

“Mən nazir Fidana son danışıqların mahiyyəti və gələcək addımlarımız barədə məlumat verdim. Prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında bazar ertəsi keçiriləcək görüş çox əhəmiyyətli olacaq. Biz Ukrayna-ABŞ-Rusiya görüşünün ən qısa zamanda ən yüksək səviyyədə təşkili səylərini dəstəkləyirik. İndiyədək Rusiya müharibəni bitirmək istəyinin heç bir real əlamətini nümayiş etdirə bilməyib. Rusiyalıların hücumları və zərbələri davam edir”, - o bildirib.

Nazir qeyd edib ki, Ukrayna Türkiyənin onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi, eləcə də sülh səylərindəki mühüm rolunu yüksək qiymətləndirir: "Müharibə zamanı Türkiyə sülhün əldə edilməsinə yönəlmiş görüşlər üçün mühüm platforma olub".

Qeyd edək ki, bundan əvvəl H.Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Избранный
87
50
ikisahil.az

10Источники