“Bavariya” futbol klubu Frans Bekkenbauer Superkubokunun qalibi olub.
“İki sahil” xəbər verir ki, əfsanəvi futbolçunun şərəfinə həsr olunan yeni formatda ilk Superkubok qarşılaşmasında Bundesliqa çempionu ölkə kubokunun qalibi “Ştutqart” ilə üz-üzə gəlib.
Görüşdə “Bavariya” 2:1 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı 18-ci dəqiqədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn açıb. Qarşılaşmanın 77-ci dəqiqəsində Luis Dias “Bavariya”nın heyətində ilk qolunu rəsmiləşdirib – 2:0. Oyunda son nöqtəni matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Ştutqart”ın hücumçusu Ceymi Levellinq qoyub. Beləliklə, “Bavariya” Frans Bekkenbauerin adına keçirilən ilk Superkubok turnirinin qalibi adını qazanıb.