RU

Melaniya Trampın Putinə yazdığı məktubun məzmunu açıqlandı

ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melaniyanın məktubunu verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Ağ Evin adı açıqlanmayan iki rəsmisinə istinadən məlumat yayıb.

Onlar məktubun Ukraynadakı münaqişə zamanı qaçırıldığı iddia edilən uşaqların taleyinə aid olduğunu bildiriblər. Qeyd olunur ki, Melaniya avqustun 15-də iki liderin görüşdüyü Ankoric səfəri zamanı ərini müşayiət etməyib.

Избранный
63
9
ikisahil.az

10Источники