RU

Serbiyada etirazçılar polisə hücum edərək məhkəmə və prokurorluğun binalarını dağıdıblar

Avqustun 17-nə keçən gecə Serbiyanın bir sıra şəhərlərində kütləvi iğtişaşlar baş verib, təhrikçilər polis əməkdaşlarına hücum edib, dövlət orqanlarının və siyasi partiyaların binalarını yandırıb, dağıdıblar.

"Report"un xəbərinə görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç məlumat verib.

Onun sözlərinə görə, ən çətin vəziyyət etirazlarda 4 minə yaxın insanın iştirak etdiyi Valevo şəhərində yaranıb. Serb Tərəqqi Partiyasının ofisləri dağıdılıb və yandırılıb.

"Xoşbəxtlikdən içəridə heç kim olmayıb. Nəzərə alsaq ki, bu, insanların yaşadığı yaşayış və inzibati binadır, yanğın onların həyatı üçün təhlükə yarada bilərdi", - nazir qeyd edib. Şəhər administrasiyası, məhkəmə və prokurorluğun binalarına da ziyan dəyib.

Polisin hesablamalarına görə, Belqradda hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Molotov” kokteyli”nin atıldığı aksiyalarda 1,3 minə yaxın insan iştirak edib. Novi-Sadda 500-ə yaxın etirazçı toplaşıb.

"Polis müdaxilə edərək Novi-Sad, Belqrad və Valyevedə ictimai asayişi və sakitliyi bərpa edib", - daxili işlər naziri əlavə edib. Onun sözlərinə görə, Valevedə bir polis əməkdaşı yaralanıb. Ümumilikdə 18 nəfər saxlanılıb.

Избранный
31
11
report.az

2Источники