RU

Türkiyədə fırtına: Xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində fırtına bir sıra fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, təbii hadisə nəticəsində Bakırköy, Bağcılar və Şişli rayonlarında ağaclar aşıb.

Bakırköydə güclü küləyin aşırdığı ağac budaqları yoldan keçən iki qadının üstünə düşüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Bağcılar rayonunda isə aşan ağac iki avtomaşının üstünə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Bizim.Media

Избранный
52
50
bizim.media

10Источники