İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib. Qəsəbədə 50 minə yaxın insan yaşayır.
Seysmik hadisənin mərkəzi 10 kilometr dərinlikdə yerləşib.