RU

Fransa XİN Ukraynanın demilitarizasiyasına qarşı çıxıb

Fransa Ukraynanın demilitarizasiyasının əleyhinədir, həmin ölkənin Silahlı Qüvvələrinin gücləndirilməsi təhlükəsizliyin təminatlarından biri olmalıdır.

Operativ Media xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa İşləri üzrə nümayəndəsi nazir Benjamen Addad “La Tribune Dimanche” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişə Kiyev üçün aydın təhlükəsizlik təminatları daxil olunmalıdır. Benjamen Addad qeyd edib ki, Fransa bu zəmanətləri Britaniya və “İstəklilərin koalisiyası” ilə birlikdə hazırlayır.

"Bu, ilk növbədə, güclü Ukrayna Ordusunun olmasını tələb edəcək, ona görə də Ukraynanı demilitarlaşdırmaq niyyəti qəbuledilməzdir", - Addad bildirib.

O əlavə edib ki, “İstəklilər koalisiyasına” daxil olan ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Избранный
5
50
operativmedia.az

1Источники