RU

“İcra etdiyimiz iş asan və sadə deyil” - “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta klubdakı fəaliyyətindən danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, icra etdikləri işin asan və sadə olmadığını bildirib:

“İcra etdiyimiz iş asan və sadə deyil. Bu iş əsas prinsiplərə söykənməlidir: hər şeydən əvvəl “Barselona”ya olan sevgi önəmlidir, sonra isə sonadək mübarizə aparmaq.

Bu prinsiplər sayəsində biz sadəcə, bir klubdan daha böyük bir təşkilat ola bilirik”.

Bundan əvvəl Laporta bildirmişdi ki, “Barselona” qapıçı Xuan Qarsiya və hücumçu Markus Reşfordun yeni mövsümə qeydiyyatı üçün bütün tələbləri yerinə yetirib.

“Barselona” İspaniya çempionatının ilk turunda bu gün səfərdə “Malyorka” ilə qarşılaşacaq.

Избранный
57
50
sportinfo.az

10Источники