Gecə saatlarında “VAZ-21723” markalı avtomobil sürətlə hərəkətdə olarkən evakuatora çırpılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunur ki, avqustun 17-də saat 01 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində “VAZ-21723” markalı minik avtomobili ilə evakuator toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 44 yaşlı Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта