RU

Kralın səhhəti kəskin pisləşib

Britaniya Kralı III Çarlzın xərçəng xəstəliyinə görə səhhəti kəskin pisləşib.

"Unikal" xəbər verir ki, bu barədə "Radar Online" portalı insayderlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kral durumunun ağır olmasına baxmayaraq, özünü güclü göstərməyə çalışır.

Məlumata görə, monarx artıq Norfok qraflığındakı malikanəsində əsa olmadan hərəkət edə bilmir. Eyni zamanda, davamlı ağrılara tab gətirmək üçün spirtli içkilərə, xüsusilə də sevimli içkisi olan viskiyə daha çox meyl etməyə başlayıb.

Xatırladaq ki, 2024-cü ilin fevralında III Çarlzın onkoloji xəstəliyə tutulduğu rəsmi şəkildə açıqlanmışdı. Cərrahi müdaxiləyə baxmayaraq, bu günə qədər xəstəlikdə remissiya qeydə alınmayıb.

Избранный
82
3
unikal.az

10Источники