RU

Pezeşkianın Ermənistana səfərindən öncə İrandan mesaj

İranın xarici işlər naziri Seyid Abbas Arakçı İran Prezidenti Məsud Pezeşkianın Ermənistana gözlənilən səfəri ərəfəsində iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı mühüm mesaj verib.
 
Bu barədə məlumatı İranın "Mehr" agentliyi yayıb.
 
Arakçı, dərc etdiyi məqalədə Tehran və İrəvan arasında tarixi, mədəni və ictimai əlaqələrin möhkəm təməllərə söykəndiyini bildirib. O vurğulayıb ki, İranda uzun illərdir yaşayan erməni icması iki xalq arasında birgə yaşayışın zəngin nümunəsidir:
 
"İran və Ermənistan arasındakı həmrəylik bu gün İranda inkişaf edən erməni icması vasitəsilə davam edir. Ölkənin ən böyük dini azlığı olan İran erməniləri parlamentdə təmsil olunmaqdan tutmuş, kilsə və təşkilatları vasitəsilə mədəniyyətin qorunmasına qədər İranın ictimai həyatında fəal iştirak edirlər. Bu, ölkəmizin dini müxtəlifliyə olan hörmətinin bariz göstəricisidir".
 
Nazir əlavə edib ki, İran və Ermənistan arasında tarixi və mədəni bağlar iqtisadi və regional əməkdaşlığı daha da gücləndirir:
 
"Qlobal qeyri-müəyyənliklər və regional proseslərin davam etdiyi bir zamanda İran və Ermənistanın maraqları getdikcə daha çox üst-üstə düşür. Biz bu əməkdaşlığın hər iki tərəf üçün yeni imkanlar yaradacağına inanırıq".
 
Məqalənin sonunda Arakçı İranın Ermənistanla münasibətlərdə yeni bir səhifə açmağa tam hazır olduğunu bəyan edib.
 
Qeyd edək ki, avqustun 18-də İran Prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfəri gözlənilir.
 
(Milli.Az)
 
Избранный
77
50
moderator.az

10Источники