NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) “Apollon” missiyalarından əldə edilən məlumatları və “Lunar Reconnaissance Orbiter” (LRO) peykinin ən son görüntülərini birləşdirərək Aydakı təkanların proqnozlaşdırılması istiqamətində əhəmiyyətli bir addım atıb.
Viral.az “Haber Global”a istinadən xəbər verir ki, bu tədqiqatlar insanları Ayın cənub qütbünə göndərəcək “Artemida III” missiyasından əvvəl təhlükəsizliyi yaxşılaşdırmaq məqsədi daşıyır.
Məlumata görə, “Apollon” irsi yenidən canlandırılıb. 1969-1977-ci illərdə Ayda buraxılan seysmometrlər minlərlə təkanı qeydə alıb. NASA bu köhnə qeydləri yenidən təhlil edərək hazırkı müşahidələrlə müqayisə edir.
Son Yazılar:
- NASA aydakı zəlzələlərə görə hərəkətə keçdi
- NASA ayda saatlarla davam edən zəlzələlərə hərəkətə keçdi
- Şəkidə minik avtomobili evakuatorla toqquşdu: Ölən var
2009-cu ildən Ay ətrafında dövr edən LRO peyki qırılma xətləri boyunca sürüşən qayaları və sürüşmə izlərini çəkməyə nail olub. Bu əlamətlər Aydakı qırılma xətlərinin hələ də aktiv olduğunu göstərir.
“Apollon 17″nin eniş etdiyi Toros-Littrou vadisində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, böyük qaya sürüşmələri orta hesabla hər 5,6 milyon ildən bir baş verən və təxminən 3.0 bal gücündə olan zəlzələlərlə (təkanlarla) əlaqəlidir.
Yer kürəsindəki zəlzələlər qədər güclü olmasa da (orta hesabla 5.0 bal gücündə), Aydakı təkanlar saatlarla davam edə bilir. Bu da gələcəkdə inşa ediləcək bazalar, eniş vasitələri və astronavtların təhlükəsizliyi üçün ciddi risk yaradır.
NASA Ayın uzaq tərəfində və cənub qütbündə yeni seysmometrlər quraşdırmağı planlaşdırır ki, beləliklə də gələcəkdə insanların iştirakı ilə reallaşdırılacaq missiyalar zamanı risklərin əvvəldən təxmin edilməsi mümkün olacaq.