RU

Azərbaycan millisi Şuşa və Füzuli şəhərlərində - FOTOLAR

Qadınlardan ibarət Azərbaycan milli komandası işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişlər.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşmüş, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olmuşlar.

Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilmişdir. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir. Qarabağ torpaqları bizim üçün təkcə idman baxımından deyil, həm də milli-mənəvi dəyərlərimiz baxımından vacibdir. 

 

saytlarin hazirlanmasi

Избранный
45
50
sportal.az

10Источники