RU

Millinin qadın futbolçuları Füzuli və Şuşada - FOTO

Qadınlardan ibarət Azərbaycan millisi işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

İdman.biz xəbər verir ki, səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşmüş, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.

Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.

Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasıdır.

İdman.biz

Избранный
18
16
idman.biz

10Источники