RU

İndoneziyada 6 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

İndoneziyada 6,0 maqnitudalı zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarəolunması Agentliyi (BNPB) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ Mərkəzi Sulavesi əyalətinin Poso dairəsində baş verib. Yeraltı təkanların ocağı Poso şəhərindən 18 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Təkanlar təxminən 15 saniyə davam edib və Sigi, Şimali Morovali dairələri, eləcə də Palu şəhərində də hiss olunub. Sunami təhlükəsi elan edilməyib.

BNPB-nin məlumatına görə, zəlzələ nəticəsində ümumilikdə 29 nəfər xəsarət alıb, onlardan 21-i xəstəxanaya yerləşdirilib. Masani kəndindəki Cemaat Elim kilsəsində ziyan qeydə alınıb.

Hazırda dağıntıların miqyası qiymətləndirilir və təxliyə olunanların sayı dəqiqləşdirilir.

Bundan əvvəl Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri 500 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib.

Избранный
66
50
turkic.world

10Источники