RU

İngiltərə Premyer Liqası: Oyun zamanı azarkeş öldü

BAKI. 17 avqust. TELEQRAF

İngiltərə Premyer Liqasında I turun "Fulhem"lə ev oyunu zamanı "Brayton" azarkeşi vəfat edib.

Teleqraf xəbər verir ki, halı pisləşən 72 yaşlı kişi fanatın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəyə görə oyun dayandırılmayıb. "Brayton"un təhlükəsizlik xidməti əməkdaşları, Sasseks qraflığının polisi və Premyer Liqa nümayəndələri hesab edib ki, bu, reanimasiya cəhdlərinə təsir edə və xəstəxanaya yerləşdirilmədə çətinliklər yarada bilər.

Qeyd edək ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Избранный
104
50
teleqraf.com

10Источники