ain.az, sport24.az portalına istinadən məlumat verir.
Azərbaycanın Qadınlardan ibarət millisi işğaldan azad olunmuş torpaqlara - Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Sport24.az xəbər verir ki, səfər zamanı yığma üzvləri Füzuli şəhər sakinləri ilə görüşüblər və şəhərin mərkəzində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə tanış olublar.
Daha sonra futbolçular məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçiriblər.
Milli komanda daha sonra, Şuşa qalasını, və Cıdır düzünü ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.