Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” mərkəzi görüşdə “Puşkaş Akademiya”sını qəbul edib və 1:2 hesabı ilə uduzub.


Bu qələbə sayəsində “Puşkaş Akademiyası” xalını 9-a çatdırmaqla liderliyə yüksəlib, “Ferentsvaroş” isə (7 xal) üçüncü pilləyə düşüb.


Xatırladaq ki, “Ferentsvaroş”la “Qarabağ” arasında ilk oyun avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.