RU

Pakistanın şimalında daşqınlar nəticəsində 300-dən çox insan ölüb

Bakı. Trend:

Pakistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarnəticəsində ölənlərin sayı 351-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Geo News" televiziya kanalıxəbər verib.

Məlumata əsasən, daşqınlar nəticəsində Xayber-Paxtunxvada 328,Qilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər ölüb.

Daşqınlar Buner, Svat, Mansehra, Bacaur və Battaqram kimiərazilərdə evlərə, bizneslərə və infrastruktura ciddi ziyan vurub.Xayber-Paxtunxva vilayətində bir sıra ərazilər fəlakət zonası elanedilib.

Избранный
38
7
az.trend.az

10Источники