RU

 "Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri  MÜƏYYƏNLƏŞDİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

News24.az xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmada baş hakim Xuan Pedro da Silva Pineyru olacaq. Ona bu işdə Bruno Migel Alveş Xesus və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudio Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
126
50
news24.az

10Источники