RU

Akon konsertdə mühafizəçini döydü

Amerikalı reper Akon Rusiyanın Soçi şəhərində verdiyi konsert zamanı mühafizəçilərdən birini döyüb.

Publika.az xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.

Məlumata görə, konsert zamanı Akon mühafizəçi İsgəndər Çerkesovun belinə minib və daha sonra onun başına, üzünə zərbələr endirib.

Çerkesov etiraf edib ki, sənətçinin konsertini pozmaq istəmədiyi üçün onu izdihamın arasına atmayıb.

Qeyd edək ki, Akon Rusiyaya avqustun 7-də gedib. O, Soçidə və Moskvada konsert verib. Akonun Sirius şəhərindəki konserti isə hava hücumu təhlükəsi səbəbiylə yarımçıq qalıb.

Избранный
4
3
publika.az

9Источники