Tramp Putinlə zirvənin ardından Zelenski və Avropa liderləri ilə görüşündə Donbasın qalan hissəsinin Rusiyaya verilməsi müqabilində hərtərəfli sülh sazişi təklif edib.
“The New York Times” yazır ki, Tramp bu təkliflə əslində əvvəlki “dərhal atəşkəs” tələbindən imtina edib.
Qəzetin yazdığına görə, Alyaskadakı sammitdən sonra telefon danışığı zamanı Avropa liderləri və Zelenski bu planı qəti şəkildə rədd ediblər, çünki sözügedən regionlar strateji müdafiə xətləri və zəngin yeraltı resursları baxımından bölgə sayılır.
Qəzet Trampın tezliklə Ağ Evdə Zelenski ilə görüşü zamanı bu plana yenidən baxmağı planlaşdırdığını yazıb.
TAHİR