Bakıda Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Kata for All” kata festivalı start götürüb.
AZƏRTAC xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən kata festivalında BCF Akademiyasının təhsil direktoru Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər “nage-no-kata” üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edirlər.
Festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.