RU

ABŞ Energetika Nazirliyi 2025-26-cı illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu təsdiqləyib

Bakı. Trend:

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA)son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik nefthasilatı 0,54 milyon barel təşkil edəcək.

Trend-in məlumatına görə, ölkədə xam neft hasilatı üzrə proqnozəvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.

2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barreləbaşlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonraüçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyigözlənilir.

2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barelnəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikincirüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinciyarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barelsəviyyəsində proqnozlaşdırılır.

2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarınaəsasən, neft hasilatının ümumi həcmi kondensat da daxil olmaqla13,7 milyon ton təşkil edib. Bunlardan 8 milyon tonu“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının, 1,9 milyon tonu“Şahdəniz”in, 0,3 milyon tonu isə “Abşeron”un payına düşüb.SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkiledib.

2024-cü ilin birinci yarısında neft, o cümlədən kondensat ixracı11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇGkonsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə"Abşeron"un payına düşüb.

Избранный
54
22
az.trend.az

10Источники