“Avqustun 17-si Brüsseldə Ukrayna lideri Volodimir Zelenskini qarşılayacağam və birgə telekonfransda iştirak edəcəyik.”
News24.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” hesabında yazıb.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə 18 avqustda baş tutacaq görüşdə iştirak edəcək:
“Zelenskinin xahişi ilə mən ABŞ Prezidenti və Avropa liderləri ilə onun görüşünə qoşulacağam”.